...

Rusiyadan qanunsuz gətirilən xeyli sayda siqaret müsadirə olunub

Hadisə Materials 31 Oktyabr 2017 11:53 (UTC +04:00)
Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi Azərbaycana qanunsuz yolla keçirilən siqaretlərin qarşısını alıb.
Rusiyadan qanunsuz gətirilən xeyli sayda siqaret müsadirə olunub

Bakı. Samir Əli - Trend:

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi Azərbaycana qanunsuz yolla keçirilən siqaretlərin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, şöbəyə daxil olan əməliyyat məlumatına əsasən, Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz 200" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı yanacaq çəninin içərisindən 77 qutu "Belomorkanal" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti