...

Türkiyədə "itən" gəmidən daha 3 nəfərin meyidi tapıldı

Hadisə Materials 3 Noyabr 2017 12:30 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbul sahillərində bir neçə gün əvvəl batmış yük gəmisinin heyət üzvlərindən bu gün daha 3 nəfərin meyidi tapılıb.

Trend-in məlumatna görə, gəminin qalan üzvlərinin axtarışları davam etdirilir.

Qeyd edək ki, noyabrın 1-i göyərtəsində 10 nəfərin olduğu yük gəmisinin radarlardan itməsi barədə məlumat verilmişdi. Elə həmin gün ekipaj üzvlərindən 4 nəfərin meyidi tapılmışdı.

Xəbər lenti

Xəbər lenti