...

Paytaxtda ağır yol qəzası - yaralı var

Hadisə Materials 1 Dekabr 2017 10:27 (UTC +04:00)
Bakıda ağır yol qəzası olub, qəza nəticəsində sürücü yaralanıb.
Paytaxtda ağır yol qəzası - yaralı var

Bakı. Trend:

Bakıda ağır yol qəzası olub, qəza nəticəsində sürücü yaralanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda “Mitsubishi” markalı minik avtomobili yol kənarında dayanmş “Kamaz” markalı yük maşınına çırpılıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti