Bakı. Samir Əli - Trend:
Səhiyyə Nazirliyi Lənkəranda baş verən yol nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib. 24 nəfər müxtəlif xəsarətlərlə Lənkəran MRX-ya çatdırılıb.
Onlardan 23-ü travmatologiya şöbəsinə, bir nəfər qadın isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.