...

Masallıda karantin qaydalarını pozan sərxoş şəxslər saxlanılıb (FOTO)

Hadisə Materials 11 Aprel 2020 14:08 (UTC +04:00)
Masallıda karantin qaydalarını pozan sərxoş şəxslər saxlanılıb (FOTO)

Bakı. Trend:

Masallıda karantin qaydalarını pozan sərxoş şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejiminin tələblərinin yoxlanılması zamanı rayon ərazisində Cəlilabad sakini olan Nahid Məmişov idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə saxlanılıb.

Onun karantin qaydalarını pozduğu, həmçinin sərxoş vəziyyətdə sükan arxasında olduğu müəyyən edilib. Avtomobilin şöbənin duracağına yerləşdirilməsi zərurətinin yarandığını gördükdə isə sürücünün yanında sərnişin qismində olan, Cəlilabad rayon sakini, spirtli içki qəbul etmiş və karantin qaydalarını pozan qadın polis əməkdaşlarının qanuni tələblərini icra etməyərək öz qanunsuz əməllərini davam etdirib. Hər iki şəxs saxlanılaraq Masallı Rayon Polis şöbəsinə gətirilib.

Həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti