Bakı. Samir Əli - Trend:
Bakıda kişi həyat yoldaşını bıçaqlayıb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Rayonun Sabunçu qəsəbəsində 1990-cı il təvəllüdlü Günel Babayeva münaqişə zəminində həyat yoldaşı, 1986-cı il təvəllüdlü Ramiq Dadaşov tərəfindən bıçaqlanıb.
Qadın xəstəxanaya yerləşdirilib. R.Dadaşov hadisəni törədəndən sonra Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə gələrək təslim olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.