...

Şamaxıda evdə yanğın olub

Hadisə Materials 12 Mart 2021 22:07 (UTC +04:00)
Şamaxıda evdə yanğın olub

Bakı. Trend:

Şamaxı rayonunda evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 90 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və 1 otağının tavanı 4 m² sahədə, yaxınlıqda ümumi sahəsi 90 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti