...

Şamaxı sakinindən qanunsuz odlu silah götürülüb

Hadisə 22 Yanvar 2022 22:52 (UTC +04:00)
Şamaxı sakinindən qanunsuz odlu silah götürülüb

Bakı. Trend:

Şamaxı sakinindən qanunsuz odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Hacıqədirli kəndində yaşayan Əvəz Heydərovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi və həmin silaha məxsus patron aşkarlanaraq götürülüb.

Onun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə Ə.Heydərov barəsində qanunamüvafiq tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti