...

Şamaxıda və Ağdamda birmərtəbəli ev yanıb

Hadisə Materials 22 Mart 2022 08:42 (UTC +04:00)
Şamaxıda və Ağdamda birmərtəbəli ev yanıb

Bakı. Trend:

Şamaxı rayonunun Dədəgünəş kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar, bitişik ümumi sahəsi 44 m² olan birmərtəbəli inzibati binanın dam örtüyü 20 m² sahədə və qismən tavanı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, binanın qalan hissəsi və yaxınlıqda olan digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Ağdam rayonunun Qasımbəyli qəsəbəsində ümumi sahəsi 42 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları 36 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti