...

Gəncə sakinlərində silah və narkotik aşkarlanıb (FOTO/VİDEO)

Hadisə Materials 4 May 2022 14:43 (UTC +04:00)
Gəncə sakinlərində silah və narkotik aşkarlanıb (FOTO/VİDEO)

Bakı. Trend:

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Arif Fərəcov saxlanılıb. Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “Makarov” tipli tapança, həmin tapançaya aid bir ədəd sandıqca və 5 ədəd 9 mm-lik patron aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.

Baş İdarənin 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini İbrahim Fuladi saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman isə 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid 1 ədəd daraq və 25 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb. Həmin silahın hər hansı bir cinayətdə istifadə edilib-edilməməsini müəyyən etmək üçün aidiyyəti ekspertizaya göndərilib.

Bundan başqa Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış təbdirləi nəticəsində isə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən İrakli Feyzullayevdən çəkisi 2 kq-dan çox narkotik vasitə olan “marixuana” aşkar edilib.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti