...

Abşeronda istixana, Göyçayda sex yanıb

Hadisə Materials 17 İyul 2022 19:58 (UTC +04:00)

Bakı. Trend:

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində ümumi sahəsi 800 m² olan istixananın polietilen üzlüyü 70 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, istixananın qalan hissəsi, içərisində yanacaqla dolu 1 ədəd 20 tonluq çən və hər birinin həcmi 20 litr olan 50 ədəd çəllək yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Göyçay rayonunun Potu kəndində hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 460 m² olan yeşik istehsalı sexinin dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə, içərisində 120 m² sahəyə yığılan taxta yeşiklər və sexin ətrafına yığılan ağac kötükləri 40 m² sahədə yanıb. Sexin qalan hissəsi, içərisində 250 ədəd yeşik və 2 ədəd dəzgah yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti