...

Biləsuvarda narkotiklərin qanunsuz dövriyyəsinə görə 12 nəfər saxlanılıb (FOTO)

Hadisə Materials 7 Oktyabr 2022 12:06 (UTC +04:00)
Biləsuvarda narkotiklərin qanunsuz dövriyyəsinə görə 12 nəfər saxlanılıb (FOTO)

Bakı. Trend:

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə xaricdən əldə etdikləri narkotik vasitənin ölkə ərazisində satışını təşkil etmək istəyən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, belə ki, şöbə əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mingəçevir şəhər sakinləri Rövşən Azayev və Samirə Nəcəfli tutulublar. Baxış zamanı onların olduğu avtomobildən 1 kiloqram 500 qram heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı onların həmin narkotik vasitəni sosial şəbəkə vasitəsilə xaricdə yaşayan narkotacirdən satışını təşkil etmək üçün əldə etdikləri müəyyən edilib.

Bundan əlavə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər tədbirlər nəticəsində daha 10rayon sakini saxlanılıb və onlardan külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.

Qeyd edək ki, bu ilin əvvəlindən Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz dövriyyədən 103 kiloqram narkotik vasitə çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti