...

Balakəndə sərxoş halda polisə müqavimət göstərən şəxs həbs edilib

Hadisə Materials 12 May 2023 11:22 (UTC +04:00)
Balakəndə sərxoş halda polisə müqavimət göstərən şəxs həbs edilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 11-i gecə saatlarında Balakən şəhəri ərazisində bir nəfər sərxoş vəziyyətdə, eləcə də narkotik vasitənin təsiri altında ucadan nalayiq ifadələr işlədib və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, ərazidə xidmət aparan polis əməkdaşları həmin şəxsə yaxınlaşıb nizam-intizama dəvət etsələr də, ancaq o, bu kimi əməllərini davam etdirib və əlində olan kəsici alətlə polislərə müqavimət göstərməyə çalışıb. Həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilib və araşdırma zamanı onun rayon sakini, Vətən müharibəsi iştirakçısı Anar Hüseynov olduğu müəyyən edilib.

Anar Hüseynov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə onun barəsində 20 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti