Bakı. Trend:
Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində bir qrup məktəbli arasında dava olması barədə daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb.
Bu barədə Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev deyib.
Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.
Hazırda araşdırmalar davam etdirilir.
Qeyd edək ki, paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 188 saylı orta məktəbdə şagirdlər arasında kütləvi dava olub. Dava 5 və 15-16 nəfərlik iki qrup arasında meydana gəlib.
