...

Şamaxıda birmərtəbəli ev yanıb

Hadisə Materials 25 May 2024 19:27 (UTC +04:00)

Bakı. Trend:

Şamaxı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Göylər Dağ kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxində 16 p.m mebel və 2 ədəd məişət avadanlığı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti