...

Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var

Hadisə Materials 13 Mart 2025 09:34 (UTC +04:00)
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Beyləqan. Trend:

Beyləqanda ötən gün baş vermiş qəza nəticəsində 6 nəfər xəsarət alıb.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə rayonun Daşburun qəsəbəsi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "VAZ" 21015 markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobildə ümumilikdə 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yaralılardan dörd nəfəri Füzuli rayon sakini, iki nəfəri isə Beyləqan rayon sakini olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti