...

Nicat Abasov Avropa çempionatında ilk onluqda yer aldı

Maraqlı Materials 27 Mart 2025 08:46 (UTC +04:00)
Nicat Abasov Avropa çempionatında ilk onluqda yer aldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniyanın Eforie Nord şəhərində kişilər arasında şahmat üzrə Avropa çempionatı başa çatıb.

Trend xəbər verir ki, azərbaycanlı şahmatçılar arasında ən yüksək nəticəni Nicat Abasov göstərib. Son turda heç-heçə edən qrossmeyster 8 xalla 8-ci yeri tutub.

Digər təmsilçimiz Read Səmədov isə son turda qələbə qazanaraq ilk 20-liyə daxil olub.

Qeyd edək ki, turnir cədvəlinin ilk 20 pilləsində yer alan şahmatçılar Dünya Kubokunun finalına vəsiqə qazanıblar.

11-ci turda Azərbaycan şahmatçılarının qarşılaşacağı rəqiblər:
Mattias Bluebaum (Almaniya) - Nicat Abasov - 0,5:0,5
Baadur Cobava (Gürcüstan) - Aydın Süleymanlı - 0,5:0,5
Maksim Laqard (Fransa) – Əhməd Əhmədzadə - 0,5:0,5
Read Səmədov - Vasili İvançuk (Ukrayna) - 1:0
Qay Levin (İsrail) - Məhəmməd Muradlı - 0:1
Misrətdin İskəndərov - Eyal Noy (İsrail) - 0,5:0,5
Yan Sibel (Sloveniya) – Şahin Vəliyev - 1:0
Ümid Aslanov - Yan Klimkovski (Polşa) - 0,5:0,5
Mirça Parliqras (Rumıniya) - Xaqan Əhməd - 0,5:0,5
Şiroğlan Talıbov - Andrey Bonte (Rumıniya) - 1:0
Bendequs Bodrogi (Macarıstan) – Süleyman Süleymanlı - 1:0
Vüqar Manafov - Maksım Dubneviç (Ukrayna) - 1:0
Elmar Atakişiyev – Kristian Arseni (İsveçrə) - 0,5:0,5

Turnir cədvəlindəki yekun vəziyyət:
1. Matias Bluebaum (Almaniya), 2. Frederik Svane (Almaniya), 3. Maksim Rodşteyn (İsrail) – hərəyə 8,5 xal,
7. Nicat Abasov, 12. Raed Səmədov - hərəyə 8 xal, 23. Əhməd Əhmədzadə, 27. Aydın Süleymanlı - hərəyə 7,5 xal, 37. Məhəmməd Muradlı - 7 xal, 78. Misrətdin İskəndərov, 90. Şiroğlan Talıbov, 105. Ümid Aslanov - hərəyə 6,5 xal, 128. Şahin Vəliyev, 133. Xaqan Əhməd, 138. Vüqar Manafov - hərəyə 6 xal. 228. Süleyman Süleymanlı, 246. Elmar Atakişiyev - hərəyə 5 xal.

Xəbər lenti

Xəbər lenti