...

Misli Premyer Liqasında XXVIII tur davam edir

İdman Materials 29 Mart 2025 21:16 (UTC +04:00)
Misli Premyer Liqasında XXVIII tur davam edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misli Premyer Liqasının XXVIII turunun bu gün keçirilən iki oyunu başa çatıb.

Trend xəbər verir ki, günə Bakıda start verilib. Uğursuz mövsüm keçirən “Neftçi” komandasının “Araz-Naxçıvan” ilə qarşılaşmasında ilk 6 dəqiqədə hər iki komanda bir dəfə fərqlənib. Daha sonra isə tərəflərin cəhdləri nəticəsiz qalıb və oyun 1:1 hesabı ilə başa çatıb.

Digər qarşılaşma Sumqayıtda baş tutub. Şəhərin eyniadlı komandası “Sabah” ilə üz-üzə gəlib. Bu matçda da hesab erkən açılıb. Qarşılıqlı qollarla yadda qalan oyunda komandalar ümumilikdə 6 dəfə fərqləniblər və oyun 3:3 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

16:45. “Neftçi” – “Araz-Naxçıvan” - 1:1
19:00. “Sumqayıt” – “Sabah” - 3:3

Xəbər lenti

Xəbər lenti