...

Bu ölkədə ilk "Disneyland" tikiləcək

Dünya xəbərləri Materials 29 Mart 2025 18:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliyanın Melburn şəhərinin rəhbərliyi turistləri cəlb etmək üçün ölkədə ilk "Disneyland" əyləncə parkını tikmək niyyətindədir.

Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə şəhərin lord meri Salli Kepp məlumat verib.

O, koronavirus pandemiyasından sonra Melburnun ölkənin turizm paytaxtı kimi reputasiyasını bərpa etməli olduğunu və "Disneyland"ın bunun üçün ideal olacağını bildirib.

Yeni "Disneyland"ın Melburndan 50 km cənub-qərbdə, Port-Fillip sahillərində yerləşən Cilonq şəhərində tikiləcəyi gözlənilir.

Xaricdən gələn qonaqlar üçün Melburnun mərkəzindən əyləncə parkına qədər dəmiryol xətti uzadılacaq və səyahət müddəti 30 dəqiqədən çox olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti