...

Çexiyada motokros yarışında motosikletçi həyatını itirib

Dünya xəbərləri Materials 29 Mart 2025 22:01 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiyanın Litomışl şəhəri yaxınlığındakı Banatki kəndində keçirilən motokros yarışı zamanı bir motosikletçi həlak olub.

Trend xəbər verir ki, bu barədə respublikanın xilasetmə xidmətinin mətbuat katibi Alena Kisiala məlumat verib.

"Litomışl yaxınlığındakı Banatki kəndi yaxınlığında keçirilən motokros yarışı zamanı yarış iştirakçılarından biri həlak olub", - o qeyd edib.

Yarışda 139 idmançı iştirak edib. Ölən şəxs 1960-cı il təvəllüdlüdür və yarışın ən təcrübəli iştirakçılarından biri olub.

Xəbər lenti

Xəbər lenti