...

"Çelsi" Niko Uilyamsın transferi üçün danışıqlara start verib

İdman Materials 29 Mart 2025 18:19 (UTC +04:00)
"Çelsi" Niko Uilyamsın transferi üçün danışıqlara start verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Çelsi" klubu İspaniyanın "Atletik" komandasında çıxış edən 22 yaşlı vinger Niko Uilyamsın transferi üçün danışıqlara başlayıb.

Trend xəbər verir ki, London təmsilçisi yay transfer pəncərəsində futbolçunu heyətinə qatmaq niyyətindədir. Uilyamsın klubla müqaviləsində 58 milyon avroya sərbəst qalması ilə bağlı xüsusi bənd yer alır və "Çelsi" məhz bu şərtdən istifadə etməyi planlaşdırır.

Bununla belə, transferin baş tutub-tutmayacağı "Çelsi"nin Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmamasından asılı olacaq. Çünki Uilyams yalnız qitənin ən nüfuzlu klub turnirində oynamağa üstünlük verir.

Qeyd edək ki, ispan futbolçu cari mövsümdə 37 matçda iştirak edərək 9 qol və 7 assistlə yadda qalıb. Onun "Atletik"lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Xəbər lenti

Xəbər lenti