Bakı. Trend:
Prezident İlham Əliyev sosial şəbəkə hesablarında Ramazan bayramı münasibəti ilə paylaşım edib.
Trend xəbər verir ki, paylaşımda deyilir:
"Əziz bacı və qardaşlarım!
Sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.
Allah orucunuzu və dualarınızı qəbul etsin.
Ramazan bayramınız mübarək olsun!".