Bakı. Trend:
Türk Dövlətləri Təşkilatı (TDT) Ramazan bayramı münasibətilə türk dünyasını təbrik edib.
Trend xəbər verir ki, Təşkilatın bununla bağlı “X” hesabında paylaşım edilib.
Paylaşımda deyilir:
"Türk dünyasını və bütün müsəlmanları mübarək Ramazan bayramı münasibəti ilə ürəkdən təbrik edirik. Qoy bu müqəddəs bayram xalqlarımıza sülh, firavanlıq və birlik gətirsin. Sizə xoş və bərəkətli bayram arzu edirik!"