...

Dağlıq Qarabağın statusunun müəyyən olunmasında azərbaycanlı icmanın rəyi mütləq nəzərə alınmalıdır – Bayram Səfərov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Aprel 2010 11:16 (UTC +04:00)
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri hesab edir ki, statusun müəyyənləşdirilməsi zamanı onların rəyinin nəzərə alınması zəruridir.
Dağlıq Qarabağın statusunun müəyyən olunmasında azərbaycanlı icmanın rəyi mütləq nəzərə alınmalıdır – Bayram Səfərov

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri hesab edir ki, statusun müəyyənləşdirilməsi zamanı onların rəyinin nəzərə alınması zəruridir.

"Dağlıq Qarabağın statusunun müəyyən olunmasında azərbaycanlı icmanın da rəyinin mütləq nəzərə alınmasını ATƏT-in Minsk qrupu da dəstəkləyir. Həmsədrlər bu barədə dəfələrlə açıqlama veriblər", - Trend-in məlumatına görə, bazar ertəsi hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına "Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov bildirib.

Səfərovun sözlərinə görə, Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı ciddi düşünməlidir: "Ermənistan prezidenti Serj Sarqsyanın Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını müəyyən etməsi ilə bağlı verdiyi son bəyanatlar qeyri-ciddidir. Belə mövqenin nümayiş etdirilməsi Ermənistanın münaqişənin həllini uzatmaq məqsədini açıq şəkildə göstərir", - icma rəhbəri əlavə edib.

İcma rəhbəri qeyd edib ki, S.Sarqsyanın bu bəyanatlarına baxmayaraq, Qarabağda yaşayan ermənilər Azərbaycanın tərkibində yaşamaq istəyirlər: "Azərbaycanda sürətli inkişafın baş verməsi bütün dünyaya məlumdur. Dağlıq Qarabağda isə ermənilər ağır şəraitdə yaşayırlar. Ona görə də sadə ermənilər Azərbaycanın tərkibində yaşamağa üstünlük verirlər", - o vurğulayıb.

Səfərov bildirib ki, Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı ciddi düşünməlidir: "Çünki Azərbaycanın güclü ordusu var. Müasir ordumuz torpaqlarımızı işğaldan azad etməyə hazırdır", - icma rəhbəri xatırladıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti