...

Vasitəçilər Dağlıq Qarabağ ətrafında danışıqların əvvəlki formatını saxlaya biləcəklər - rusiyalı ekspert

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Avqust 2011 15:27 (UTC +04:00)
Azərbaycan və Rusiya prezidentlərinin danışıqları ilə bağlı nəticəyə gəlmək hələ tezdir, belə ki, həm Moskvada, həm də Bakıda səsləndirilən fikirlərin tonu kifayət qədər təmkinlidir.
Vasitəçilər Dağlıq Qarabağ ətrafında danışıqların əvvəlki formatını saxlaya biləcəklər - rusiyalı ekspert

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycan və Rusiya prezidentlərinin danışıqları ilə bağlı nəticəyə gəlmək hələ tezdir, belə ki, həm Moskvada, həm də Bakıda səsləndirilən fikirlərin tonu kifayət qədər təmkinlidir. "Vestnik Kavkaza" analitik informasiya agentliyinin baş redaktoru Aleksey Vlasov bu fikirdədir.

"Avqustun 12-ni, Rusiya və Ermənistan prezidentləri Dmitri Medvedev və Serj Sarkisyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı formatında görüşünü gözləmək lazımdır. Güman edirəm ki, bundan sonra çox şey aydın olacaq", - Vlasov Trend-ə bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin dəvəti ilə avqustun 9-da Soçidə işgüzar səfərdə olub. Səfər zamanı iki dövlət başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında formalaşmış ikitərəfli münasibətləri və əməkdaşlığı yüksək qiymətləndirərək, bu istiqamətdə səyləri davam etdirmək əzmində olduqlarını bildiriblər. Bunu çərşənbə günü Trend-ə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Dağlıq Qarabağ problemi ətrafında Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü iyunda Kazanda keçirilib. Bu görüş üçtərəfli formatda doqquzuncu görüş olub.

"Lakin üçtərəfli görüşlərə gəldikdə, güman edirəm ki, vasitəçilər danışıqlar prosesinin əvvəlki formatını saxlaya biləcəklər. Lakin konkret nəticələr barədə proqnoz verə bilmərəm", - Vlasov əlavə edib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan danışıqlarının axını getdikcə dünya bazarlarının - qeyri-sabit və gözlənilməz davranışını xatırladır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti