...

Azərbaycan Baş nazirinin müavini beynəlxalq aləmi Qarabağ münaqişəsi məsələsində ədalətsiz mövqe tutmaqda ittiham edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Sentyabr 2011 13:56 (UTC +04:00)
Azərbaycanın Baş nazirinin müavini beynəlxalq aləmi Dağlıq Qarabağ münaqişəsi məsələsində ədalətsiz mövqe tutmaqda ittiham edib.
Azərbaycan Baş nazirinin müavini beynəlxalq aləmi Qarabağ münaqişəsi məsələsində ədalətsiz mövqe tutmaqda ittiham edib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbirlər İ.İsabalayeva, K.Zərbalıyeva/

Azərbaycanın Baş nazirinin müavini beynəlxalq aləmi Dağlıq Qarabağ münaqişəsi məsələsində ədalətsiz mövqe tutmaqda ittiham edib.

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə 20 ildir ki BMT və ATƏT-in məşğul olmasına baxmayaraq, nəticə yoxdur. Enerji resursu lazım olanda Azərbaycan hamıya lazım olur. Dağlıq Qarabağ problemi niyə həll olunmur? Bunun əsas səbəbi dünyada ədalətsizliyin baş alıb getməsidir", - Trend-in məlumatına görə, bunu cümə günü Bakıda Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunan beynəlxalq konfrasda çıxışı zamanı Baş nazirin müavini Əli Həsənov deyib.

Həsənovun sözlərinə görə, hamı münaqişəni həll etməyə çalışır, amma münaqişəni həll etməzdən öncə ədalətsizliyi aradan qaldırmaq lazımdır.

"İnsan azadlığından, insan hüquqlarının tapdalanmasından danışırlar. Biz buna necə inanaq? Dünyanın gözü qarşısında bu qədər ədalətsizlik baş verir. Azərbaycanın ən böyük təbii sərvəti onun insanlarıdır. Azərbaycanda demokratiya, insan hüquqları 100 il bundan qabaq da var idi. Bu, bizim üçün təzə deyil. Bəs, bizə münasibət necədir? Problemi çox asan həll etmək olar. Əgər beynəlxalq təşkilatlar doğrudan da problemi həll etmək istəyirsə, bunun çox qısa yolu var. Hamı çəkilsin kənara, Azərbaycanla Ermənistanı üzbəüz qoysun", - Baş nazirin müavini əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti