...

Ermənistanın pozucu mövqeyi Qarabağ münaqişəsinin həlli üzrə səyləri heçə endirir - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Dekabr 2011 14:49 (UTC +04:00)
Ermənistanın pozucu mövqeyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilərin bütün səylərini heçə endirir və alternativ vasitəçilər institutunun yaradılması zərurilıiyini diqtə edir.
Ermənistanın pozucu mövqeyi Qarabağ münaqişəsinin həlli üzrə səyləri heçə endirir - politoloq

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Ermənistanın pozucu mövqeyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilərin bütün səylərini heçə endirir və alternativ vasitəçilər institutunun yaradılması zərurilıiyini diqtə edir. Trend-in məlumatına görə, Siyasi Texnologiyalar və İnnovasiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu belə hesab edir.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun fəaliyyətinin zəifləməsi rəsmi Yerevanın pozuculuq mövqeyinin və onda bu problemin həlli konsepsiyasının olmamasının nəticəsidir", - çərşənbə günü Əhmədoğlu mətbuat konfransında deyib.

Politoloq hesab edir ki, çünki Avropa İttifaqı danışıqlar prosesində vasitəçilik təşəbbüsü ilə çıxış edə bilmir və belə imkan regionun iki ölkəsində -İranda və Gürcüstanda var.

Onun sözlərinə görə, İran və Gürcüstan nəhayət anlayıblar ki, Dağlıq Qarabağ münaqişəsi bütün region üçün ciddi təhlükə törədir.

Politoloqun fikrincə, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoq münaqişənin həllinə mühüm töhfə verə bilər. Lakin Ermənistan rəhbərliyi bütün vasitələrlə belə dialoqdan qaçmağa çalışır və beləliklə, iki xalq arasında etimadın yaranmasına mane olur.

Noyabrın sonlarında Berlində Dağlıq Qarabağın iki icmasının nümayəndələrinin görüşünün keçirilməsi planlaşdırılsa da, erməni icması bu görüşə gəlmədi.

Azərbaycanın münaqişənin nizamlanması üzrə danışıqları davam etdirməyə hazır olmasından danışarkən politoloq Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün dekabrın 20-nə planlaşdırılan MDB qeyri-formal sammiti çərçivəsində keçirilməsini istisna etməyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti