...

Avstriyalı deputat: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyətdən müharibə qoxusu gəlir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Mart 2013 13:31 (UTC +04:00)
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyətdən müharibə qoxusu gəlir.
Avstriyalı deputat: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyətdən müharibə qoxusu gəlir

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir M.Əliyev/

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyətdən müharibə qoxusu gəlir. Trend-in məlumatına görə, bunu Azərbaycan-Avstriya parlamentlərarası dostluq qrupunun rəhbəri Karl Öllenger cümə axşamı dostluq qrupunun Milli Məclisdə keçirilən görüşündə bildirib.

Onun sözlərinə görə, Azərbaycan- Ermənistan arasında münaqişə ətrafında gərginlik yaranıb. Onun sözlərinə görə, bu vəziyyət aradan qaldırılmalıdır və bunun alova çevrilməsinə yol vermək olmaz.

"Münaqişə ancaq sülh və dialoq yolu ilə həllini tapmalıdır", - o vurğulayıb.

Azərbaycan tərəfindən dostluq qrupunun rəhbəri deputat Cavid Qurbanov isə görüşdə bildirib ki, Azərbaycan istənilən dövlətlə, o cümlədən Ermənistan ilə sülh və dostluq şəraitində yaşamağa hazırdır, yeganə şərt Ermənistanın işğalçılıq siyasətinə son qoymasıdır.

"Danışıqlar prosesi nəticə verməsə, əlbəttə, biz torpaqlarımızı qaytarmaq üçün müharibəyə hazırıq. Bunu dəfələrlə bizim dövlət başçımız da bildirib. Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil", - Qurbanov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti