Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə ATƏT-in Minsk qrupunun (MQ) həmsədrləri Paris və Londonda məsləhətləşmələr aparmaq fikrindədirlər. Bu barədə Trend ə Rusiyanın Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ üzrə Qrupundan məlumat verilib.
Qeyd olunub ki, MQ-nin rusiyalı həmsədri Yuri Merzlyakov Parisə yola düşüb. Sentyabrın 12-də burada vasitəçilərin Ermənistanın xarici işlər naziri Vardan Oskanyan ilə məsləhətləşmələrinin keçirilməsi planlaşdırılır. Sonra diplomatlar Londona yola düşəcək və burada Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovla məsləhətləşmələr baş tutacaq.
Paris və Londonda olduqları müddətdə həmsədrlər öz aralarında məsləhətləşmələr aparmaq, cari danışıqlar prosesini təhlil etmək və yaxın gələcək üçün planları müəyyən etmək niyyətindədirlər.