...

Avropa Şurasının baş katibi: Prezident seçkilərinə qədər Ermənistan-Azərbaycan münaqişəsinin həllinə nail olmaq çətin olacaq

Siyasət Materials 2 Oktyabr 2007 20:54 (UTC +04:00)
Avropa Şurasının baş katibi: Prezident seçkilərinə qədər Ermənistan-Azərbaycan münaqişəsinin həllinə nail olmaq çətin olacaq

Fransa, Strasburq / Trend müxbir A. Məhərrəmli, A. Qasımova/ Trend in Avropa Şurasının Baş Katibi Terri Devislə müsahibəsi.

- Azərbaycan və Avropa Şurası arasında əməkdaşlığı necə görürsünüz? Azərbaycan Avıropa Şurası qarşısında öhdliklərini yerinə yetirirmi?

- Məncə, Avropa Şurası və Azərbaycan arasında münasibətlər çox yaxşıdır. Əlbəttə ki, AŞ və Azərbaycan arasında belə münasibtlərin mövcud olmasının səbəbi prezident İlham Əliyevin bu işə şəxsən qatılmasıdır. Bildiyiniz kimi, prezident İlham Əliyev prezident seçilməmişdən əvvəl AŞPA-nın üzvü olub. Bu səbəbdən də Avropa Şurası hər hansı bir təklif irəli sürürsə, yaxud, Azərbaycanda nəyi isə tənqid edirsə, biz Azərbaycana və prezident Əliyevə kömək etmək üçün əlimizdən gələni edirik. Prezidentdən başqa Azərbaycanda Avropa Şurasını yaxşı başa düşən digər insanlar da var. Misal üçün, Azərbaycan parlamentinin nümayəndə heyətinin rəhbəri cənab Seyidov Azərbaycanın maraqlarını çox yaxşı təmsil edir. Məncə, o biz dediklərimizi Azərbaycanda çox yaxşı izah edə bilər. Lakin Azərbaycanla bağlı bir sıra məsələlər təəssüf doğurur. Mən ölkədə mətbuat və söz azadlığı ilə bağlı narahatlıq keçirirəm. Bu yaxınlarda mən bu barədə narahatlığımı Seyidovla və prezident İlham Əliyevlə bölüşməyə hazırlaşıram. Mənim fikrimcə, fikir və söz azadlığı çox vacibdir və demokratiyanın ayrılmaz hissəsidir. Məncə bu demokratiyanın ən mühüm hissəsi, yəni demokratiyanın ürəyidir.

- Əgər insan hüquqları sahəsində hazırda mövcud olan vəziyyəti bir il bundan əvvəl mövcud olan vəziyyətlə müqayisə etsək, bu vəziyyətin gələcək inkişafını necə görürsünüz?

- Əgər hazırda mövcud olvan vəziyyəti bir il bundan əvvəl mövcud olan vəziyyətlə müqayisə etsək, etiraf edirəm ki, vəziyyət heç də yaxşılaşmayıb. Bununla yanaşı, Azərbaycanı digər ölkələrdən olan tənqidçilər də tənqid edirlər və bu məsələdən tənqid məqsədilə istifadə edirlər. Bu səbəbdən də mənim kim bir dost bu məsələləri Azərbaycanın nəzərinə çatdırırsa, Azərbaycan hökuməti buna diqqətlə yanaşmalıdır. Mən bildirdim ki, Avropa Şurasının fikir, mətbuat azadlığı məsələlərində böyük təcrübəsi var. Lakin əlbəttə ki,

Azərbaycan tərəfi özü bu təcrübədən bəhrələnmək üçün müraciət etməlidir.

- AŞPA-nın Mədəni İrsin Öyrənilməsi üzrə Mədəniyyət, Təhsil və Elm Komitəsinin məruzəçisi Ervard Oxara regiona səfər etməli idi, lakin bu səfər hələ baş tutmayıb. Səfərin həyata keçirilməsi hansı şəraitdən asılıdır?

- Mən səfərin baş tutmaması ilə bağlı təəssüf hissi keçirirəm. Əlbəttə ki, mən Azərbaycanın Ermənistanı, Ermənistanın Azərbaycanı günahlandırmasından xəbərdaram. Fikirləşirəm ki, Oxaranın regiona gəlməsi və məruzə hazırlaması hər iki tərəfin marağındadır. Mən hər iki ölkənin mədəni və dini irsinə qəsdən vurulan ziyanlardan xəbərdaram. Fikrimcə bu araşdırılmalıdır. Məsələ orasındadır ki, mən Oxaranı artıq neçə illərdir ki, tanıyaram. O çox obyektiv, qərəzsiz insandır. O Cənubi Qafqaza hər iki ölkənin zərərinə olaraq səfər etməyi bacarmaz. Mən bilirəm ki, Azərbaycan xalqı öz mədəni və dini irsi ilə fəxr edir. Erməni xalqı da həmçinin. Digər insanlara da hörmətlə yanaşmaq lazımdır. Qeybət və müzakirələrin heç bir mənası yoxdur. Əgər kimsə Oxaranın səfərinə mane olmaq istəyirsə, bunun nə məqsədlə edildiyi mənə maraqlıdır. Əgər mən Azərbaycan hökumətində olsaydım, mən Oxaradan Ermənistana səfər edə bilməsə belə Azərbaycana səfər etməsini xahiş edərdim.

- AŞPA paz sessiyası çərçivəsində Rusiyanın Amerika RƏMS-inin Avropada yerləşdirilməsinin nəticələrinin müzakirəsi təşəbüsünü müzakirə etməyib. Bu barədə nə düşünürsünüz? Rusiyanın Azərbaycanda ərazisində yeləşən Qəbələ RLS-dən birgə istifadə ilə bağlı təklifini nə dərəcədə maraqlı hesab edirsiniz?

-Mən anlaşılmazlığın harada olduğunu başa düşürəm. Bu debatlar baş tutmayacaq, çünki assambleya debatlardan imtina etmək qərarına gəlib. Lakin mən sizin sualınıza tam olaraq cavab verəcəyəm. Məncə, hər iki tərəfin öz arqumentləri var və hər bir tərəf öz mövqeyini müdafiə edir. Mənim fikrimcə Rusiyanın təklifi çox maraqlıdır. Bu təklifə baxmağa dəyər. Təklifin nə dərəcədə real olduğunu isə bilmirəm.

- Sizcə, ilin sonuna, yaxud 2008-ci ildə iki hər iki ölkədə baş tutacaq prezident seçkilərinə qədər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli şansı varmı?

- Mən münaqişənin ilin sonuna qədər deyil, bu həftə həll olunmasını istərdim. Lakin daha da real olsaq, münaqişənin həllinə seçkilərə qədər nail olmaq çətin olacaq. Hər iki ölkədə prezident və parlament seçkiləri danışıqlar üçün yaxşı vaxtdır. Lakin eyni zamanda aylar və illər keçir, münaqişə həll olunmur. Bu da Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ əhalisinin maraqlarına ziddir.

- Sizcə, Azərbaycanın seçki qanunlarına dəyişikliklərin edilməsi nə dərəcədə vacibdir?

- Məncə, Azərbaycanın seçki məcəlləsinin təkmilləşdirilməsinə eytiyac var. İki il bundan əvvəl keçirilən seçkilərdə təkrar səsvermənin qarşısını almaq məqsədlilə prezident İlham Əliyev seçicilərin barmaqlarınınmürəkkəbə batırılması ilə bağlı qərar qəbul edib. Mən onu bu qərar münasibətilə təbrik etdim. Bu həm də Azərbaycan xalqının maraqları baxımından da çox mühüm idi. Mən bilirəm ki,prezidentin köməkçilərindən biri barmaqların mürəkkəbə batırılmasını təhqiredici hesab edərək belə bir addımı məsləhət görməyib. Bu məsələyə iki nöqteyi-nəzərdən baxıram. Birincisi, bu əhalinin bərabər dərəcədə bununla fəxr etdiyi hər hansı bir ölkədə baş verir. İkincisi, əgər məne Azərbaycanın vətəndaşı olsaydım, mən də digərlər kimi bu addımı atardım. Bunu etməklə mən əmin olardım ki, təkrar səsvermə olmayacaq. Bir seçici kimi bu mənim maraqlarıma uyğun olardı.

Xəbər lenti

Xəbər lenti