Azərbaycan, Bakı,05 fevral / Trend / Prezident İlham Əliyev Yeni Zelandiyanın Milli bayramı--Vaytanqa günü münasibətilə bu ölkənin Baş naziri Helen Klarka təbrik məktubu göndərib. Ölkəmizin başçısı Azərbaycanın və Yeni Zelandiyanın, eləcə də xalqlarımızın dostluğa və əməkdaşlığa əsaslanan münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu bildirib .