...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Siyasət Materials 25 İyul 2008 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul/ Trend , müxbir C.Babayeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 24-də saat 11.00-dan 11.15-dək və 18.20-dən 18.40-dək fasilələrlə Ermənistan Respublikası Noyemberyan rayonu Şavarşavan kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Fərəhli kəndi ərazisində yerləşən mövqelərini, saat 16.15-dən 16.30-dək və iyulun 25-də saat 00.00-dan 00.15-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.00-dan 22.30-dək Füzuli rayonunun Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən, iyulun 25-də saat 03.00-dan 03.15-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Xəbər lenti

Xəbər lenti