...

Azərbaycanın müxalifət partiyası geniş koalisiyanın yaradılması üçün məsləhətləşmələrə başlayacaq

Siyasət Materials 20 Oktyabr 2008 18:22

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın Müsavat Partiyası müxalifətin daha geniş koalisiyasının yaradılması təklifi ilə çıxış edəcək.

"Biz Müxalifətin Əməkdaşlığı Mərkəzinə daxil olan və digər siyasi təşkilatların inteqrasiyasını və birgə fəaliyyətini mümkün hesab edirik", - bazar ertəsi Trend -a Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

Müxalifətin Əməkdaşlığı Mərkəzinə "Azadlıq" bloku (Azərbaycan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları), Müsavat Partiaysı və "Azərbaycan Naminə" İctimai Forum daxildir. Sentyabrın əvvəlində bu siyasi təşkilatlar oktyabrın 15 - də keçirilən prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib.

Hacılı Müsavat Partiyasının bazar ertəsi keçirilən Divanının iclasında müxalifətin yeni yaranacaq geniş koalisiyasına cəlb olunacaq digər siyasi təşkilatların adlarının müəyyənləşdirildiyini deyib.

"Həmin təşkilatların adlarını indi mətbuata açıqlamaq istəmirik. Divanın toplantısında müxalifətin geniş koalisiyası üçün nəzərdə tutulan təşkilatlarla müzakirələrin aparılması da qərara alınıb" - Hacılı deyib.

Müsavat funksionerinin sözlərinə görə, yeni geniş tərkibli koalisiyanın baş tutması üçün Müxalifətin Əməkdaşlığı Mərkəzinə daxil olan digər siyasi təşkilatlarla məsləhətləşmələr də aparılacaq: "Yeni koalisiyanın yaradılması istiqamətində konkret fəaliyyətimiz də məsəlhətləşmələrdən sonra başlayacaq", - Hacılı vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti