...

Kipr danışıqlarında razılaşma asan olmayacaq

Siyasət Materials 19 Noyabr 2008 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr/ Trend , müxbirl?r B.Həsənov ,V. Javoronkova/Kiprin türk və yunan tərəfl?rinin k?skin f?rqli mövqeləri danışıqlarda razılaşma əldə olunmasını çətinləşdirir.

"Kiprdə türk və yunan tərəfinin mövqelərində müşahidə olunan fərqliliklərdən h?r hans? razılaşman?n olacag? inand?r?c? deyil", - deyə Kipr problemi üzrə türkiyəli ekspert Səma Sezər çərşənbə günü Ankaradan telefonla Trend - a bildirib.

Noyabrın 17 - də Şimali Kiprin prezidenti Məhmət Əli Tələt ilə Kipr Yunan Respublikas?n?n prezidenti Dmirtis Hristofyas arasında Kipr probleminin həlli ilə bağlı danışıqlar davam etdirilib. Bu barədə Türkiyənin "Timeturk" informasiya agentliyi çərşənbə axşamı məlumat verib.

Kipr Aralıq dənizində Türkiyənin 65 kilometrliyində yerləşən və əhalisi yunanlardan və türklərdən ibarət olan bir adadır. 1974-cü ilə qədər adada vahid müstəqil dövlət mövcud idi. Kiprli yunanlar "Enosis" adlandırdıqları və Kiprin Yunanıstana birləşdirilməsini nəzərdə tutan planı həyata keçirməyə başladıqdan sonra, Türkiyənin hərbi müdaxiləsi ilə Kiprin türklər yaşayan hissəsində müstəqil Şimali Kipr Türk Respublikası quruldu. Lakin bu dövlət təkcə Türkiyə tərəfindən tanınır.

Beynəlxalq aləmdə isə, adanı təmsil edən dövlət kimi, Kiprin cənubunda qurulan Yunan Kipr dövləti tanınır. BMT və Avropa İttifaqının təşəbbüsləri ilə adadakı iki dövlətin tək hakimiyyət altında birləşdirilməsinə cəhd edilsə də, nəticə yoxdur. Bu təşəbbüslərin ən əhəmiyyətlilərindən biri olan 2004-cü ild alanın birləşdirilməsini nəzərdə tutan Annan Planı referendumu da kiprli yunanların rədd etməsi nəticəsində həyata keçirilə bilmədi. Hazırda Kipr Türk Respublikası ilə Kipr Yunan Respublikası arasında danışıqlar davam etdirilir.

Avropalı ekspert Amanda Akcakoca Kipr danışıqlarının hazırda çox çətin bir mərhələdən keçdiyini və adan?n bölünməsindən 35 il sonra birləşmə və birləşməmə ehtimalının yarıbayarı olduğunu hesab edir. "Hər iki tərəf də əvvəllər müzakirə mövzusu hesab etmədikləri məsələlərdə razılaşma üçün yüksək siyasi iradə nümayiş etdirməlidirlər" - deyə Avropa Siyasət Mərkəzinin eksperti Akcakoca çərşənbə günü Brüsseldən Trend - a bildirib.

Lakin ekspert hesab edir ki, nə Tələt, nə də Hristofyas danışıqları pozan tərəf olmaq istəməzlər və buna görə də, danışıqların uzanma ehtimalı böyük olsa da, müsbət nəticə əldə olunmasına ümidlər tükənməyib. Şimali Kipr Türk Respublikasından olan ekspert Erol Kaymak da Tələt və Hristofyasın razılaşmada və siyasi nüfuzlarını yüksəltmək üçün problemi həll etməkdə maraqlı olduqlarını hesab edir. Lakin ekspertin fikrincə, problemin həll edilməsində bölgə ölkələrinin, o cümlədən Türkiyənin də mövqeyi böyük rol oynayacaq.

"Tərəflər arasında əldə olunan həll variantının bölgə ölkələri ilə, o cümlədən Türkiyə ilə də razılaşdırılması lazım gələcək. Çünkü problem təkcə Kiprin yox, bütün bölgənin problemidir" - deyə Kipr Siyasət Mərkəzinin eksperti Kaymak çərşənbə günü telefonla Famaqustadan Trend - a bildirib.

Akcakoca da Türkiyə qoşunlarının Kiprdə qalıb - qalmayacağı məsələsinin danışıqların ən çətin mərhələlərindən biri olduğunu bildirib. Türkiyəli ekspert Sezər Türkiyənin və Şimali Kipr Türk Respublikasının danışıqlarda güzəştə getməsi üçün bəzi təzyiqlərə məruz qaldığını bildirib. Ekspert 2006 -cı ildə Avropa İttifaqının Türkiyə qarşısında şərtlər qoyduğunu və 2009 - cu ilin sonuna qədər Yunan Kipr Respublikasını tanımayacağı təqdirdə, Türkiyənin Avropa İttifaqına üzvlük müzakirələrinə yenidən baxılacağını bildirib. Ekspertin fikrincə, Türkiyə qarşısında qoyulan bu şərt Kipr problemini qısa müddətdə həll etmək üçün Şimali Kipri və Türkiyəni güzəştə getməyə məcbur edir. Təyin olunan vaxta qədər probllem həll olunmazsa, Türkiyə Kiprdə yeganə dövlət kimi Yunan Kipr Respublikas?n? tanımaq məcburiyyətində qalacaq. Sezər hesab edir ki, Yunan tərəfi Avropa İttifaqının Türkiyə qarşısında qoyduğu şərtd?n danışıqlarda təzyiq vasitəsi kimi istifadə edir.

Şimali Kiprin prezidenti Məhmət Əli Tələt və Kipr Yunan Respublikasının prezidenti Dmitris Hristofyasın may?n 23 - d? əldə etdikl?ri razılığa əsasən, Kiprdə "iki qurucu dövlətin bərabər statusu" prinsipinə əsaslanan danışıqlar prosesi başlayıb.

Xəbər lenti

Xəbər lenti