...

Azərbaycan Parlamenti Konstitusiyada bir şəxsin iki dəfədən artıq prezident seçilməsi ilə bağlı məhdudiyyəti götürüb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 19 Dekabr 2008 13:55 (UTC +04:00)
Azərbaycan Parlamenti Konstitusiyada bir şəxsin iki dəfədən artıq prezident seçilməsi ilə bağlı məhdudiyyəti götürüb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 19 dekabr/ Tren müxbir İ.Xəlilova/ Azərbaycan Parlamenti cümə günü ölkə Konstitusiyasına dəyişikliklər edib.

Parlamentin cümə günü keçirilən iclasında Konstitusiyaya dəyişiklikləri nəzərdə tutan referendum aktını müzakirə edib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan haqları daimi komissiyaları cümə axşamı keçirdikləri birgə iclasda "Konstitusiyaya əlavə və dəyişikliklər haqqında Referendum Aktını" qəbul edərək, onu Parlamentin iclasına təqdim edib. Spiker Oqtay Əsədovun təşəbbüsü ilə parlament Azərbaycan Respublikası Konstitusiyasından 101- ci maddənin 5 - ci bəndini çıxarıb. Bu bəndə əsasən, bir ölkə vətəndaşı dövlət başçsı postuna ardıcıl olaraq iki dəfədən artq seçilə bilməzdi.

Onun əvəzinə, ölkə tərəfindən hərbi əməliyyatlar aparıldığı təqdirdə, prezident seçilməsi müddətinin uzadılmasını nəzərdə tutan bənd daxil edilib.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) bir şəxsin iki dəfədən artıq prezident seçkilməsi ilə bağlı tətbiq edilən məhdudiyyətin ləğv edilməsi üçün referendumun keçirilməsi təklifi ilə çıxış edib. Parlamentdə təmsil olunan bir neçə siyasi partiya, ictimai təşkilatlar və ziyalılar bu təklifi dəstəkləyiblər.

Prezidentin səlahiyyət müddəti beş ildir. Azərbaycan Konstitusiyası 1995 - ci ildə qəbul olunub, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Konstitusiyaya digər dəyişikliklər 108 -ci maddə -- əvvəllr Azərbaycan prezidenti seçilmiş şəxslərin hüquqları və onların statusu; Milli Bankın Mərkəzi Bank, Prezidentin İcra Aparatının Prezident Administarsiyası adlandrılması ilə bağlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər yalnız referendum vasitəsilə daxil edilə bilər (Maddə 152).

AR Konstitusiyasının mətninə dəyişikliklər Milli Məclis və ya Azərbaycan prezidenti tərəfindən təklif edilirsə, o zaman təklif edilən dəyişikliklər üzrə əvvəlcədən AR Konstitusiya Məhkəməsinin qərarı alınmalıdır (maddə 153).

Yekun variantda Konstitusiyaya aşağıdakı dəyişiklik və əlavələr təqdim olunur.

Maddə 12. Dövlətin ali məqsədi1. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Aşağıdakı dəyişikliyin olunması təklif edilir:1. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Maddə 15. İqtisadi inkişaf və dövlət1. Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Aşağıdakı dəyişikliyin olunması təklif edilir:2. Azərbaycan dövləti bazar münasibətləri sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Maddə 17. Ailə və dövlətMaddəyə aşağıdakı əlavələr təklif olunur: 3. Valideynləri və qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsi altındadır. 4. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 5. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.6. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.Maddə 18. Din və dövlət2. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır.Aşağıdakı redaktədə verilməsi təklif olunur:2. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır.Maddə 19. Pul vahidi2. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Milli Banka mənsubdur. Azərbaycan Respublikasının Milli Bankı dövlətin müstəsna mülkiyyətindədir.Təklif olunan dəyişiklik:2. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir.Maddə 25. Bərabərlik hüququMaddəyə aşağıdakı əlavələr təklif olunur:4. Heç kəsə yuxarıda göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. 5. Hüquq və vəzifələrə dair qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 32. Şəxsi toxunulmazlıq hüququ 2. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi həyata müdaxilə etmək qadağandır.Aşağıdakı əlavə təklif olunur:Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.3. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.Aşağıdakı əlavə təklif olunur:Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs pusquya, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə onun xəbəri olmadan və ya etirazına baxmadan məruz qoyula bilməz. Maddəyə 5 - ci hissənin əlavə olunması təklif edilib:Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətəuyğun olmayan, tam olmayan, həmçinin, qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb edilməsi hüququ var. Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ 3 və 4 - cü bəndlərin əlavə olunması təklif edilir:3. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. 4. Dövlət ekoloji tarazlığın saxlanmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir. Maddə 48. Vicdan azadlığı 5 - ci hissənin əlavə olunması təklif edilir:Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimlərini yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Maddə 50. Məlumat azadlığı3-cü hissənin əlavə olunması təklif edilir:Hər kəsin hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir. Maddə 67. Tutulan, həbsə alınan və cinayət törədilməsində təqsirləndirilənlərin hüquqlarının aşağıdakı redaktədə verilməsi təklif edilir:1. Səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir.2. Cinayət törədilməsində təqsirləndirilən hər kəs məhkum edilməzdən əvvəl dinlənilməlidir. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı2. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.Aşağıdakı əlavə təklif olunur:Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digər şəxslərin hüquq və azadlıqları ilə məhdudlaşır. 9 və 10 -cu hissələrin əlavə edilməsi təklif olunur:9. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. 10. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Maddə 72. Vətəndaşların vəzifələrinin əsası1. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs, onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır.Aşağıdakı əlavə təklif olunur:Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Maddə 75. Dövlət rəmzlərinə hörmətHər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir.2 - ci hissənin əlavə olunması təklif edilir: Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Maddə 84. Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti 1. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.Aşağıdakı əlavənin edilməsi təklif edilir:Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə, Azərbaycan Respublikası Milli Məclisinin çağırış müddəti hərbi əməliyyatların sonuna kimi uzadılır. Bu barədə qərar, seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir. Maddə 88. Azərbaycan Respublikası Milli Məclisinin sessiyaları

4 - cü hissənin əlavə olunması təklif edilir:Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının iclasları açıq keçirilir. Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə Azərbaycan Respublikası Milli Məclisinin qapalı iclası keçirilə bilər.Maddə 95. Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər

20 - ci bəndin əlavə olunması təklif edilir:- Bələdiyyələrin hesabatlarının dinlənilməsiMaddə 96. Qanunvericilik təşəbbüsü hüququI. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur. Aşağıdakı redaktədə verilməsi təklif olunur:I. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur."Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına" sözləri maddənin 2 və 3 -cü hissələrinə də əlavə olunur. Maddəyə 6 və 7-ci hissələrin əlavə olunması təklif edilir: 6. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir.7. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir.Maddə 101. Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları 5. Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz.Bu maddənin 5 -ci hissəsi aşağıdakı redaksiyada ifadə edilsin:Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonuna kimi uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir. Maddə 108. Azərbaycan Respublikası Prezidentinin təminatı Azərbaycan Respublikasının Prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikası Prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.2 - ci hissənin əlavə olunması təklif edilir:- Əvvəllər Azərbaycan Respublikasının prezidenti seçilmiş şəxsin təminat qaydaları Konstitusiya qanunu ilə müəyyən edilir.Maddə 109. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri maddəsində "Milli Bank" sözü "Mərkəzi Bank" sözü ilə əvəzlənir, "Prezidentin İcra Aparatı" isə "Prezident Administrasiyası" sözü ilə əvəzlənir.Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsiMaddəyə 7-ci hissənin əlavə olunması təklif edilir:7. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.Maddə 129. Məhkəmə qərarları və onların icrası

2 və 3 - cü hissələrin əlavə olunması təklif edilir:2. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.3. Məhkəmə qərarı əsaslandırılmalı və sübuta yetirilmiş olmalıdır. Maddə 130. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 9. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Maddəyə aşağıdakı cümlənin əlavə olunması təklif edilir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilir.Maddə 131. Azərbaycan Respublikasının Ali Məhkəməsi Maddəyə 3 - cü hissənin əlavə olunması təklif edilir: Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları dərc edilir.Maddə 146. Bələdiyyələrin müstəqilliyinin təminatı Aşağıdakı əlavələr təklif edilir:1. Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər. Bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası qanunla müəyyən edilir. 2. Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz. 3. Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir.4. Qanunla müəyyən edilmiş hallarda və qaydalarda bələdiyyələr öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər. Maddə 149. Normativ hüquqi aktlar8 - ci hissənin əlavə olunması təklif edilir: Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktın dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti