...

Azərbaycanın cənubunda narkomanların sayı artıb

Siyasət Materials 6 Yanvar 2009 11:52 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 06 yanvar / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənubunda yerləşən Lənkəran rayonunda (paytaxt Bakıdan 270 kilometr aralı) rəsmi qeydiyyatda olan narkomanların sayı artıb, çərşənbə axşamı Trend -a rayonun Narkoloji Dispanserinin baş həkimi Vüqar Əliyev məlumat verib.

Ötən il rayonda 74 narkoman qeydiyyata alınıb. Dispanserdə ümumilikdə 1104 narkoman qeydiyyatdadır.

Onlardan 6-sı qadın, 51-i QİÇS daşıyıcısıdır.

2007-ci ildə dispanserdə 1044 narkoman müalicə alıb, 114 nəfər isə xəstə kimi qeydiyyata götürülüb.

Əliyev bildirib ki, narkoloji pozuntularla xəstəxanada 1714 nəfər qeydiyyata alınıb.

Onun sözlərinə görə, ötən il dispanserdə 63 narkoman açıq stasionar, 104 nəfər isə anonim müalicə alıb. 14 narkoman (10-u müalicə olunduğu, 4-ü isə vəfat etdiyi üçün) dispanser qeydiyyatından çıxarılıb. Narkomanların 80 faizi heroin istifadəçiləri və 18-40 yaş qurupunda olanlardır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti