...

Bakı və Dəməşq əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edəcəklər

Siyasət Materials 1 İyun 2009 13:55 (UTC +04:00)
Bakı və Dəməşq əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 01 iyun / Trend , müx. U.Sadıxova /

Azərbaycan və Suriya arasında ikitərəfli münasibətlərin genişləndirilməsi perspektivləri Suriya XİN-in rəhbəri Valid a-Muallimin iyunun 2-dən 4-dək davam edəcək Bakıya səfəri çərçivəsində müzakirə ediləcək, bazar ertəsi Trend News-a Azərbaycan XİN-dən bildiriblər.

Səfər rəsmi xarakter daşıyır. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov öz həmkarını İslam Konfransı Təşkilatı ölkələri XİN rəhbərlərinin 36-cı iclasında (23-25 may Dəməşqdə) iştirakı zamanə ölkəyə səfərə dəvət edib.

Səfər çərçivəsində regional və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti