...

Azərbaycanın hakimiyyətyönlü partiyası bələdiyyə seçkilərində təkbaşına iştirak barədə qərar qəbul edib

Siyasət Materials 8 İyun 2009 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın hakimiyyətyönlü partiyası bələdiyyə seçkilərində təkbaşına iştirak etmək üçün qəti qərar qəbul edib.

"Partiyamızın Siyası Şurasının qərarına görə bələdiyyə seçkilərində digər partiyalarla əməkdaşlıq etmədən, blok yaratmadan da müvəffəqiyyət əldə etmək mümkündür", - bazar ertəsi Trend -a Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi 2009-cu ilin payızında, parlament seçkisi isə 2010-cu ilin payızında keçirilməlidir. Bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Kərimlinin sözlərinə görə, hazırda partiyanın rayon və şəhər təşkilatlarında namizədlərin müəyyənləşdirilməsi prosesi gedir. "Biz bütün dairələrdə bələdiyyə üzvlüyünə namizədlər irəli sürmək niyyətində deyilik. Əsas məqsədimiz Bakının rayonlarında, Abşeron rayonunda, eləcə də ölkənin iri şəhər və rayonlarındakı bələdiyyələrdə yer tutmaqdır", - partiya sədri əlavə edib.

Аzərbаycаnın Аli Məhkəməsinin kеçmiş sədri, sаbiq millət vəkili Tаhir Кərimlinin rəhbərlik еtdiyi Vəhdət Pаrtiyаsı 2006-cı ilə qədər müхаlifət mövqеyində оlub. Pаrtiyа hаzırdа iqtidаrın siyаsi kursunu dəstəkləyir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti