...

Türkmənistanın paytaxtında rəssamların, zərgərlərin və tətbiqi incəsənət ustalarının sərgisi keçiriləcək

Siyasət Materials 20 İyun 2009 16:24 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 20 iyun/ Trend H.Həsənov/

2009-cu ilin iyunun 26-28-də Aşqabad şəhərində rəssamların, zərgərlərin, milli musiqi alətləri və tətbiqi incəsənət ustalarının iştirakı ilə Beynəlxalq sərgi keçiriləcək. 

Təşkilatçılar Türkmənistanın Mədəniyyət və Teleradio Nazirliyi, ölkənin Ticarət Sənaye palatasıdır.

Sərgidə milli folklor və baxşi incəsənəti, klassik musiqi və vokal incəsənəti -opera, simfonik musiqi, xalq musiqi alətləri və s. sərgilənəcək.

Burda eyni zamanda qrafiki incəsənət, miniatür, kompyuter texnikası ilə tərtib olunan rəsmlər, original heykəltaraşlıq kompozisiyaları, zərgərlik işləri, dekorativ əşyalar, əqiq və firuzə ilə bəzədilmiş gümüş və digər metallar, həmçinin unikal xalçalar, farfor kuklalar və mücrülər, müxtəlif naxışlar və s. sərgilənəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti