...

Azərbaycanlı deputatlar Türkiyə-Ermənistan arasında diplomatik əlaqələrin bərpasının Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir göstərəcəyini düşünürlər

Siyasət Materials 1 Sentyabr 2009 12:05 (UTC +04:00)
“Türkiyə və Ermənistan arasında məsləhətləşmələrin bərpa edilməsi Qafqaz regionunda planlaşdırılan strateji layihələrin müxtəlif vasitələrlə daima gündəmdə saxlanıldığını göstərir”, - çərşənbə axşamı Trend News-a Milli Məclisin depuataı Zahid Oruc bildirib.
Azərbaycanlı deputatlar Türkiyə-Ermənistan arasında diplomatik əlaqələrin bərpasının Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir göstərəcəyini düşünürlər

Azərbaycan, Bakı,0 1 sentyabr / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Parlamentinin deputatları Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin bərpa edilməsi ilə bağlı məsləhətləşmələrin yenidən başlanılmasının Dağlıq Qarabağ probleminin həllinə müsbər təsir göstərəcəyini düşünürlər.

"Türkiyə və Ermənistan arasında məsləhətləşmələrin bərpa edilməsi Qafqaz regionunda planlaşdırılan strateji layihələrin müxtəlif vasitələrlə daima gündəmdə saxlanıldığını göstərir", - çərşənbə axşamı Trend -a Milli Məclisin depuataı Zahid Oruc bildirib.

Trend -un arayışı: Türkiyə XİN bildirib ki, Ermənistan ilə İsveçrənin vasitəçiliyi ilə keçirilən danışıqlarda "Diplomatik münasibətlərin qurulması üzrə protokol" və "İkitərəfli münasibətlərin inkişafı barədə protokol"un imzalanmasına dair "daxili siyasi məsləhətləşmələr"in başlanması barədə razılıq əldə olunub.

Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkənin parlamentinə təqdim ediləcək. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Türkiyə hazırda qonşu Ermənistan ilə sərhədləri açmağı planlaşdırmır.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, ölkələr arasında sərhədlər 1993-cü ildən bağlıdır.

Orucun sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı ABŞ və Rusiyanın layihələri davam edir.

"Şübhəsiz ki, bu məsələ Azərbaycanın mənafelərinə birbaşa toxunduğundan, bu layihənin reallaşmasında bizim hansı formada yer alacağımızdan irəli gələn narahatlıqlarımız var. Bundan başqa, Türkiyənin siyasi elitasının əvvəlcə başlatdığı və Azərbaycan-Türkiyə cəmiyyətlərini narahat edən məsələlərin yenidən bu şəkildə gündəmə qaytarılması onu deməyə əsas verir ki, biz böyük siyasi proseslər ərəfəsindəyik", - deputat əlavə edib.

Onun fikrincə, məhz bu səbəbdən bir sıra məsələlərlə bağlı dəqiq hazırlıqlarımız olmalıdır.

"İlk növbədə gələcəkdə Türkiyə və Ermənistan parlmentlərində təsdiq olunacaq "Yol xəritəsi" planı Azərbaycanın maraqlarına əngəl yaradacağı təqdirdə Türkiyə-Azərbaycan münasibətlərinin necə olacağı haqda düşünməliyik. İkincisi, gələcəkdə Azərbaycanın bu plana hansı formada daxil olacağı aydınlaşdırılmalı və bizim milli maraqlarımıza yönələcək proseslərə qarşı müqavimət göstərilməlidir", - Oruc vurğulayıb.

Deputat deyib ki, Azərbaycan cəmiyyətinin əvvəlki kimi hakimiyyətlə bir yerdə olması yenə vacibdir. "Bizim başqa formada bu proseslərə müqavimət göstərməyimiz çətin olacaq", - Oruc qeyd edib.

"Türkiyə ilə Ermənistan arasında siyasi məsləhətləşmələrin başlaması paralel gedən proseslərin bir hissəsidir", - çərşənbə axşamı Trend -a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib.

Mirzəzadənin sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanla Ermənistan arasında danışıqların davam etdirilməsi də bu prosesin bir hissəsidir.

"Bu danışıqlarda müəyyən irəliləyişlərin olunduğunu Prezident İlham Əliyev də bir neçə gün öncə bəyan edib. Deməli, münaqişənin nizamlanması ilə bağlı müəyyən addımların atılacağı gözləniləndir. Bununla yanaşı, paralelı olaraq Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdıırlması ilə bağlı danışıqlar gedə bilər", - deputat deyib.

Onun fikrincə, Ermənistan blokadadan çıxaraq dünyaya inteqrasiya olmaqda maraqlıdır. "Bunun yeganə yolu isə qonşu dövlətlərə torpaq iddiasından əl çəkmək və sivil münasibətlər qurmaqdır. Əgər Ermənistan Azərbaycan torpaqlarından qoşunlarının çıxaracaqsa, həmin proseslərə hazırlıq üçün Türkiyə ilə də diplomatik əlaqələrin bərpası barədə danışıqlar gedə bilər", - Mirzəzadə vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti