Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir C.Babayeva /
Azərbaycanda Avropa Şurasının dəstəyi ilə gənclər sahəsində beynəlxalq tədbir keçiriləcək.
"Gənclər işinin reallığı" mövzusunda keçiriləcək beynəlxalq tədbir Bakı və Gəncə şəhərlərində Avropa Şurasının dəstəyi ilə Gənclər və İdman Nazirliyi və "Salto Youth Resurs Mərkəzi" nin təşkilatçılığı ilə reallaşacaq.
Tədbir 19-25 oktyabr tarixində keçiriləcək. Bu barədə çərşənbə günü Gənclər və İdman Nazirliyinin yaydığı məlumatda bildirilib.
Tədbirin əsas məqsədi Azərbaycanda həyata keçirilən gənclər siyasəti ilə yaxından tanışlıq, müxtəlif mövzular ətrafında fikir mübadiləsinin aparılması və "Youth in action" proqramının gələcək layihələrinin geniş şəkildə müzakirəsidır.
Tədbirdə Avropa Birliyinə üzv ölkələrin, Milli Şuralarının rəsmilərinin, həmçinin Türkiyənin gənclər təşkilatlarının nümayəndələri iştirak edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]