Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir C. Babayeva /
Azərbaycanda bələdiyyə seçkiləri yüksək səviyyədə təşkil olunacaq, bu barədə cümə günü jurnalistlərə Azərbaycanın Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.
"Sekçilərə normal hazırlıq gedir. Bələdiyyə seçkiləri demokratik və şəffaf keçiriləcək. Seçkilər demokratik norma və standartlara müvafiq olaraq yüksək səviyyədə təşkil olunacaq", - Aslanov qeyd edib.
Azərbaycanda bələdiyyə seçkiləri dekabrın ortalarında keçiriləcək.
Aslanov bildirib ki, bələdiyyə seçkiləri ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət stabildir.