...

Azərbaycanda prokurorluq orqanlarında müsabiqəyə çıxarılmış vakant yerlərin sayı artırılıb

Siyasət Materials 23 Sentyabr 2009 10:33 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən çərşənbə günü Trend News-a verilən məlumata görə, müsabiqəyə ilk olaraq 60 vakant yer çıxarılsa da, müsabiqə komissiyası tərəfindən vakant ştatların sayının artdığı nəzərə alınmaqla, prokurorluq orqanlarında işləmək arzusunda olan namizədlərə daha geniş imkanlar yaradılması məqsədi ilə müsabiqəyə çıxarılmış vakant ştat sayı 20 vahid artırılıb.
Azərbaycanda prokurorluq orqanlarında müsabiqəyə çıxarılmış vakant yerlərin sayı artırılıb

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , muxbir K.Zərbalıyeva /

Azərbaycanda prokurorluq orqanlarına vakant yerlər üzrə elan olunmuş müsabiqəyə çıxarılmış vakant yerlərin sayı artırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, müsabiqəyə ilk olaraq 60 vakant yer çıxarılsa da, müsabiqə komissiyası tərəfindən vakant ştatların sayının artdığı nəzərə alınmaqla, prokurorluq orqanlarında işləmək arzusunda olan namizədlərə daha geniş imkanlar yaradılması məqsədi ilə müsabiqəyə çıxarılmış vakant ştat sayı 20 vahid artırılıb.

Müsabiqə üçün elan olunmuş sənəd qəbulu sentyabrın 18-də başa çatıb və 500-dən artıq hüquqşünas prokurorluq orqanlarında işləmək üçün sənəd verib.

Müsabiqənin test imtahanının vaxtı və yeri, imtahan sualları toplusunun əldə olunması qaydası, toplunun hazırlanmasında istifadə olunan normativ aktların siyahısı və digər məlumatlar barədə namizədlərə əlavə məlumat veriləcək.

Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlığı və layiqliyinin müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində, şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və söhbətdən ibarət müsabiqə təşkil ediləcək.

Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri mükəmməl bilənlərə üstünlük veriləcək.

Prokurorluğa işə sənədlərini verənədək 30 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar.

Prokurorluq orqanlarına keçirilən son müsabiqə ilə 79 nəfər işə qəbul olunub. 2002-ci ildən başlayaraq prokurorluq orqanlarına 293 nəfər gənc hüquqşünas işə qəbul olunub. Bu isə prokurorluq əməkdaşlarının 30 faizindən çoxunu təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti