...

Serbiya Azərbaycana yeni səfir təyin edib

Siyasət Materials 10 Fevral 2010 12:47 (UTC +04:00)
Serbiyanın Azərbaycandakı yeni səfiri Vladimir Curgus səfir təyin olunması barədə etibarnaməsinin surətini Azərbaycaının xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib. Bu barədə XİN-in mətbuat xidmətinin məlumatında deyilir.
Serbiya Azərbaycana yeni səfir təyin edib

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir S.Ağayeva/

Serbiyanın Azərbaycandakı yeni səfiri Vladimir Curgus səfir təyin olunması barədə etibarnaməsinin surətini Azərbaycaının xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib. Bu barədə XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

Yeni səfir fəaliyyəti dövründə Serbiya-Azərbaycan arasındakı münasibətlərin inkişafına və genişləndirilməsinə xidmət edəcəyini söyləyıb.

Diplomat Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana təşəkkürünü bildirərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb.

"Azərbaycan Serbiyada səfirlik açmağı planlaşdırır və bu amil ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşəcəyinə təkan verəcək", - Məmmədyarov diplomat ilə görüşdə qeyd edib.

Xəbər lenti

Xəbər lenti