...

Azərbaycan Prezidenti Ukrayna xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 19 İyul 2010 15:15 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti Ukrayna xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Konstantin Qrişenko Ukrayna Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırıb. O, Ukrayna Prezidentinin bu yaxınlarda Azərbaycan Prezidenti ilə keçirdiyi görüşü məmnunluqla xatırladığını bildirib. Konstantin Qrişenko qeyd edib ki, Ukrayna dövlətinin başçısı Azərbaycan ilə əlaqələrin inkişafına və ikitərəfli münasibətlərimizlə bağlı bütün məsələlərə böyük önəm verir və bu məsələləri daim diqqət mərkəzində saxlamağı tapşırır.

Dövlətimizin başçısı Azərbaycanın Ukrayna ilə münasibətlərə böyük əhəmiyyət verdiyini və bunun ölkəmiz üçün önəmli xarakter daşıdığını vurğulayıb. Azərbaycan Prezidenti ölkələrimiz arasında əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev ikitərəfli münasibətlərdə əldə olunan müsbət nəticələrin gələcək inkişaf üçün yaxşı əsas yaratdığını qeyd edib, iqtisadi, sənaye, energetika və bütün digər sahələrdə əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğunu nəzərə çatdırıb. Hazırkı mərhələdə münasibətlərimizin daha effektiv və dinamik xarakter daşımasının vacib olduğunu bildirən Prezident İlham Əliyev Ukrayna xarici işlər nazirinin ölkəmizə səfərinin bu baxımdan önəmini vurğulayıb.

Dövlətimizin başçısı Ukrayna Prezidenti Viktor Yanukoviçin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Ukraynanın dövlət başçısına çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti