...

İsveçrə hər zaman Azərbaycanın inkişafını dəstəkləyəcək – səfir

Siyasət Materials 2 Avqust 2010 21:06 (UTC +04:00)
İsveçrə Azərbaycanın sabit inkişafına yönələn bütün mühüm səyləri hər zaman dəstəkləyəcək. Bu sözləri bazar ertəsi İsveçrənin Azərbaycandakı səfiri Alan Quidetti Bakıda İsveçrə Konfederasiyasının Müstəqillik Gününə həsr olunam mərasimdə deyib.
İsveçrə hər zaman Azərbaycanın inkişafını dəstəkləyəcək – səfir

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir Ü.Sadıxova/

İsveçrə Azərbaycanın sabit inkişafına yönələn bütün mühüm səyləri hər zaman dəstəkləyəcək. Bu sözləri bazar ertəsi İsveçrənin Azərbaycandakı səfiri Alan Quidetti Bakıda İsveçrə Konfederasiyasının Müstəqillik Gününə həsr olunam mərasimdə deyib.

"Ölkələrimiz arasında diplomatik münasibətlərin mövcud olduğu 19 il ərzində möhkəm dostluq əlaqələri qurulub, siyasi, iqtisadi və mədəni əlaqələr isə əhəmiyyətli dərəcədə möhkəmlənib", - Quidetti qeyd edib.

Onun sözlərinə görə, enerji sektoru iki ölkənin münasibətlərinin inkişafı baxımından daha perspektivlidir. İsveçrə Azərbaycan qazının Avropaya tədarükünü, xüsusilə də Transadriatik qaz kəməri layihəsini dəstəkləyir. Layihə Azərbaycan qazının həm iqtisadi, həm də texniki baxımdan sərfəli şərtlərlə tədarükünü nəzərdə tutur.

Öz növbəsində, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev səfirə Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi təbriklərini çatdırıb və qeyd edib ki, son illər iki ölkənin münasibətləri inkişafın yeni mərhələsinə qədəm qoyub. Həmçinin, İsveçrə Azərbaycanda turizmin inkişafında fəal iştirak edir.

"Bununla yanaşı, İsveçrənin "Holcim" şirkəti Azərbaycanın qeyri-neft sektorunda ilk xarici sərmayədardır", - səfir deyib.

Xəbər lenti

Xəbər lenti