...

Gürcüstan qadınları İranda xanımlarla amansız davranışla barışmayacaqlar – Marina Tabukaşvili

Siyasət Materials 6 Avqust 2010 19:14 (UTC +04:00)
Gürcüstan qadınları İranda qadınların daş-qalaq edilməsinə qarşı aksiyalarla həmrəydirlər.

Gürcüstan, Tbilisi, 6 avqust /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan qadınları İranda qadınların daş-qalaq edilməsinə qarşı aksiyalarla həmrəydirlər. Bu barədə Trend-ə Gürcüstanın "Taso" Fondunun rəhbəri Marina Tabukaşvili bildirib.

"Biz bütün dünyanı sarsıdan bu cinayətə biganə qala və bu qadınlarla həmrəylik aksiyasında iştirak etməyə bilmərik; eləcə də qadınları daş-qalaq edən bu vəhşiliyə qarşı öz etirazımızı bildiririk", - o deyib.

Tabukaşvilinin sözlərinə görə, belə amansızlıqla "dünya barışmamalıdır və bu fakt lazımi şəkildə pislənməlidir". "Ümid edirəm, bu aksiyalar irimiqyaslı olacaq, mən həmişə onlarda iştirak etməyə hazıram", - o qeyd edib.

Gürcüstanın hüquq müdafiəsi təşkilatlarının nümayəndələri və bir qrup vətəndaş Tbilisidə Dövlət Dəftərxanasının binası qarşısında İran İslam Respublikasındakı ölüm cəzalarına qarşı aksiya keçiriblər. İyirmiyə yaxın adam Gürcüstan hakimiyyətini İranda ölüm cəzalarına, adamlara işgəncələr verilməsinə və hüquq müdafiəçilərinin təqib olunmasına qarşı öz mövqelərini aydın ifadə etməyə çağırıblar.

Onların Gürcüstan Prezidentinə, Parlament sədrinə və XİN rəhbərinə ünvanladıqları müraciətdə İranda ölüm cəzalarının və insanlara işgəncələr verilməsinin sistemli şəkildə tətbiqi pislənilir və Gürcüstan hakimiyyətindən İİR rəhbərliyini xüsusilə qadınlara və yeniyetmələrə qarşı belə aktların tətbiqini dayandırmağı tələb etmələri xahiş olunur. Müraciət fərdi qaydada bütün aksiya iştirakçıları tərəfindən imzalanıb.

Qeyd etmək lazımdır ki, bu aksiya son bir ay ərzində keçirilən üçüncü tədbirdir. Bundanəvvəlki aksiyalar Batumi və Tbilisidə keçirilib. Aksiyalar ABŞ, Fransa və digər ölkələrdəki analoji tədbirlərlə paralel keçirilir.

Xəbər lenti

Xəbər lenti