...

Azərbaycanda bir neçə partiyalı siyasi sistem formalaşmalıdır – partiya sədri

Siyasət Materials 6 Sentyabr 2010 14:37 (UTC +04:00)
Azərbaycanda müxalifətin Parlament seçkilərinə birgə gedə bilməməsi siyasi mədəniyyətin yoxluğudur
Azərbaycanda bir neçə partiyalı siyasi sistem formalaşmalıdır – partiya sədri

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda müxalifətin Parlament seçkilərinə birgə gedə bilməməsi siyasi mədəniyyətin yoxluğudur. Trend-in verdiyi məlumata görə, bu barədə bazar ertəsi jurnalistlərə Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib.

"Azərbaycan gənc dövlətdir. Buna görə də siyasi mədəniyyət və siyasi mühit formalaşmaq üzrədir. Bir neçə müddət sonra Azərbaycanda da bir sıra Avropa ölkələrində olduğu kimi, bir neçə partiyalı siyasi sistem formalaşacaq", - Mollazadə əlavə edib.

Onun sözlərinə görə, seçkilərin mojaritar üsulla keçirilməsi partiyaları məcbur edəcək ki, birləşsinlər və vahid güc ortaya qoya bilsinlər.

"Hələlik buna nail ola bilinməməsinin səbəbi təcrübənin az olmasıdır", - Mollazadə deyib.

Azərbaycanda Parlament seçkilərinə sentyabrın 4-dən rəsmi start verilib.

Azərbaycan Prezidenti Milli Məclisə seçkilərin noyabrın 7-də keçirilməsi barədə sərəncam imzalayıb.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti