...

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi bir sıra ölkələrin şirkətləri ilə qarşılıqlı əməkdaşlığa dair razılıq əldə edib

Siyasət Materials 28 Sentyabr 2010 10:55 (UTC +04:00)
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi bir sıra ölkələrin şirkətləri ilə qarşılıqlı əməkdaşlığa dair razılıq əldə edib.
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi bir sıra ölkələrin şirkətləri ilə qarşılıqlı əməkdaşlığa dair razılıq əldə edib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi bir sıra ölkələrin şirkətləri ilə qarşılıqlı əməkdaşlığa dair razılıq əldə edib. Trend-in Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Cənubi Afrikada keçirilən müdafiə sənayesi məmulatları sərgisi zamanı müdafiə sənayesi naziri Yavər Camalovun sərgiyə ev sahibliyi edən Cənubi Afrika Respublikası (CAR) müdafiə nazirinin müavini Fezile Bhinqu və sərgi iştikaçıları - Belarus, Türkiyə və Hindistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri olub. Keçirilən görüşlərdə bir sıra ölkələrin şirkətləri ilə qarşılıqlı əməkdaşlığa dair razılıq əldə olunub.

"AAD - Afrika Aerospace Defence-2010" sərgisi sentyabrın 21-dən 25-nə qədər Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində keçirilib. Afrika qitəsində indiyədək nümayiş olunan sərgilər arasında ən böyük hərbi sərgi hesab olunan bu sərgidə Azərbaycan, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan 67 adda müdafiətəyinatlı məmulatla təmsil olunub. Buraya yüngül atıcı silahlar, onların müxtəlif kalibrli döyüş sursatları, minaatanlar, onlar üçün müxtəlif kalibrli minalar, reaktiv mərmilər, elektronika sənayesində istifadə olunan müxtəlif laylı çap lövhələri və digər məmulatlar daxil idi. Sərgidə, eyni zamanda, Azərbaycanla Cənubi Afrika Respublikasının birgə istehsalı olan "Matador" və "Marauder" tipli zirehli maşınlar da nümayiş etdirilib.

ABŞ, Çin, Türkiyə və CAR kimi ən məşhur silah istehsalçıları hesab olunan ölkələr də daxil olmaqla, dünyanın 36 ölkəsindən 323 qabaqcıl şirkətin qatıldığı sərgidə nümayiş olunan Azərbaycan istehsallı məmulatlar böyük marağa səbəb olub. Xüsusilə 12,7 və 14,5 mm-lik "İstiqlal" snayper tüfəngləri sərgidə iştirak edən xariçi ölkə nümayəndələrinin diqqətini çəkib.

Qeyd etmək lazımdır ki, "İstiqlal" snayper tüfəngi 2009-cu ildə Türkiyədə keçirilən "İDEF - 2009" və cari ildə İordaniyada təşkil olunan "SOFEX - 2010" sərgisində də xüsusi marağa səbəb olub.

Sərgi, sonuncu gün mülki əhali üçün açıq elan edilib. Sərgidə Azərbaycan stendinə dövlət nümayəndələri ilə yanaşı, mülki əhali də xüsusi maraqla baxıb.

Xəbər lenti

Xəbər lenti