...

Azərbaycanda xarici təşkilatların "exit-poll" keçirməsi gözlənilmir - MSK

Siyasət Materials 28 Oktyabr 2010 13:26 (UTC +04:00)
Azərbaycanda xarici təşkilatların "exit-poll" keçirməsi gözlənilmir.
Azərbaycanda xarici təşkilatların "exit-poll" keçirməsi gözlənilmir - MSK

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda xarici təşkilatların "exit-poll" keçirməsi gözlənilmir. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bildirib.

"Azərbaycanda keçiriləcək Parlament seçkilərində "exit-poll" keçirmək üçün indiyə qədər heç bir beynəlxalq təşkilat MSK-ya müraciət etməyib", - Qasımov bildirib.

Parlament seçkiləri zamanı Azərbaycanın yerli "ELS" Araşdırmalar Mərkəzi "exit-poll" keçirəcək. Bu təşkilat artıq MSK-da qeydiyyatdan keçib.

"ELS" Araşdırmalar Mərkəzi"exit-poll"u Azərbaycanın 1 180 seçki məntəqəsində təşkil ediləcək. Müsahibəçilərdən toplanılmış anketlər gündə dörd dəfə hesablanacaq, vətəndaş sorğusunun nəticələri seçki məntəqəsindən mərkəzi qərargaha ötürüləcək.

Azərbaycanda Parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti